Danimarka Ukraynaya 6 ədəd F16 verdi

19.11.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Danimarka Ukraynaya altı ədəd F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“F-16 ilə bağlı planlarımız dəyişməyib”, - deyə o, Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Danimarkanın baş naziri Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью