Danimarka Ukraynaya F16 qırıcıları verib

20.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Danimarka Ukraynaya altı "F-16" qırıcısı təhvil verib. Kopenhagen Kiyevi daha 13 təyyarə ilə təchiz etməyi planlaşdırır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen məlumat verib.

"F-16" ilə bağlı planlarımız dəyişməyib. Altısı artıq təhvil verilib - bu, birinci partiyadır. Sonra daha bir partiya olacaq, cəmi 19 "F-16", - o, Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Həmçinin Danimarkanın baş naziri Kiyevə birbaşa Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью