Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

20.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 sentyabr, AZƏRTAC

Danimarka Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün bu ölkəyə fövqəladə hərbi yardım paketi təqdim etmək qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb.

"Danimarka Ukraynaya təxminən 275 milyon dollar dəyərində fövqəladə, 31-ci hərbi yardım paketi təqdim edir. Bu vəsait Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün istifadə olunacaq", - deyə Ukrayna Müdafiə Nazirliyi bildirib.

Danimarka iyul ayında Ukraynaya enerji dəstəyi olaraq 12 milyon dollar ayırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью