Danimarka Ukraynaya maliyyə dəstəyi göstərib

10.07.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Danimarka Ukrayna Enerji Dəstək Fonduna əlavə 10,66 milyon avro ayırıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, son investisiya ilə Danimarkanın fonda ümumi dəstəyi 78,5 milyon avroya çatıb.

Bildirilib ki, bu vəsait Ukrayna enerji şirkətlərinə vacib avadanlıqların alınmasına, zədələnmiş infrastrukturun bərpasına və növbəti istilik mövsümündən əvvəl enerji sisteminin sabitliyinin gücləndirilməsinə kömək edəcək.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью