Danimarka Ukraynaya silah alınması üçün pul ayırdı

23.04.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Danimarka hakimiyyəti Estoniyanın Ukrayna üçün artilleriya sursatları alması məqsədilə 317 milyon kron (48,46 milyon dollar) ayırıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Danimarka və Estoniyanın müdafiə nazirləri Troels Lund Poulsen və Hanno Pevkurun görüşündə tərəflər Ukrayna Silahlı Qüvvələrinə gələcək dəstəyi müzakirə edəcək və “Ukraynanın İT təhlükəsizliyinin gücləndirilməsi”nə çalışacaqlar.

Ümumilikdə, 2022-ci ilin fevral ayından Danimarka Ukraynaya hərbi sahədə təxminən 8,5 milyard avro, mülki sahədə isə təxminən 854 milyon avro vəsait ayırıb.


Zaur,BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью