Danimarkada ABŞ nin Qrenlandiyadakı konsulluğunun bağlanması təşəbbüsü ilə çıxış edilib

08.05.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Danimarka Mühafizəkar Xalq Partiyasından olan parlament üzvü Rasmus Yarlov ABŞ-nin Qrenlandiyanın paytaxtı Nuukdakı konsulluğunun bağlanması imkanı barədə bəyanat verib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Konsulluğun əsas vəzifəsi Qrenlandiyaya qarşı təxribat fəaliyyəti və Danimarka ilə Qrenlandiya arasındakı münasibətləri pozmaqdan ibarətdir. Bu, bizim üçün maraq kəsb edən bir şey deyil", - o bildirib.

R.Yarlov həmçinin vurğulayıb ki, ABŞ tərəfi Nuukda konsulluğun açılmasına "Qrenlandiya və ABŞ arasında müsbət münasibətlərin inkişafı" üçün razılıq alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью