Danimarkada Azərbaycan icması ilə görüş keçirilib | Icma.az
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən oğullarının əziz xatirəsinin yad olunması ilə başlayıb.
Sədr Mehriban Əliyeva Sadiqi bu ölkədəki Azərbaycan icmasının, eləcə də rəhbərlik olduğu “Vətən” Cəmiyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib, görülən işlər barədə videomaterialı iştirakçılara təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən danışıb, Ümummilli Liderin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu diqqətə çatdırıb.
Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə geniş təqdimat keçirilib.
Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev çıxışında icma görüşünün diasporun şəbəkələşməsində və Azərbaycanla əlaqələrin daha da intensivləşməsində əhəmiyyətini qeyd edib.
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru professor Məsud Aşina Danimarkadakı soydaşlarımızın Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında və mənafelərinin müdafiə olunmasında roluna diqqət çəkib.
Görüşdə Türkiyənin Danimarkadakı səfirliyinin baş katibi Özgür Kafadar da iştirak edib.
Tam oxu
Xəbəri oxu