Danimarkada hərbi xidmət hamı üçün məcburi olur: Qadınlar da orduya çağrılır

01.07.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

1 iyuldan etibarən Danimarkada ümumi hərbi xidmət rəsmi olaraq qüvvəyə minir. 18 yaşına çatan qadınlar da kişilər kimi qeydiyyatdan keçməli və tibbi müayinədən keçməlidirlər.


Sherg.az Nexta-ya istinadən xəbər verir ki, əvvəllər qadınlar yalnız könüllü şəkildə xidmət edirdilər. İndi isə hərbi xidmətin müddəti 11 ay məcburi olacaq.

Bu dəyişikliyin əsas səbəbi Rusiyadan gələn təhdidlər fonunda NATO-nun müdafiəsini gücləndirməkdir. 2033-cü ilə qədər Danimarka hər il 6500 nəfəri orduya çağırmağı planlaşdırır (2024-cü ildə 4,700 nəfər çağrılmışdı, onlardan 24%-i qadın könüllülər idi).

Bundan əlavə, Danimarka Müdafiə Nazirliyinə ordunun gücləndirilməsi üçün əlavə 40,5 milyard kron (təxminən 6 milyard ABŞ dolları) ayrılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью