Danimarkada yeni qanun: Xarici bayraqlara məhdudiyyətlər qoyuldu

05.12.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Danimarka parlamenti 2025-ci il yanvarın 1-dən ölkədə xarici dövlətlərin bayraqlarının dalğalanmasını məhdudlaşdıran yeni qanun qəbul edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “The Local” qəzetinin məlumatına görə, ədliyyə naziri Peter Hummelqaard verdiyi yazılı açıqlamada sözügedən qanunun parlament tərəfindən qəbul edildiyini açıqlayıb.

Hummelgaard “Mən məmnunam ki, parlament Danimarkada bayraqların nümayişi qaydalarına yenidən baxdı. Bir qayda olaraq, yalnız milli bayraq dalğalansın” deyib.

Sözügedən hüquqi tənzimləmədə Finlandiya, Farer adaları, Qrenlandiya, İslandiya, Norveç, İsveç və Almaniyanın, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqı (Aİ) kimi regional və ya beynəlxalq təşkilatların bayraqları xaric edilib.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью