Danimarkadan 2 milyardlıq qərar

28.01.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Danimarka Qrenlandiyanın daxil olduğu Arktika bölgəsi üçün hərbi xərclərini artırmaq qərarına gəlib. 

Redaktor.az xəbər verir ki, ölkə bu qərarı ABŞ prezidenti Donald Trampın təklifindən sonra alıb 

Belə ki, Tramp Qrenlandiyanı ABŞ-nin bir parçası etmək istəyir. Buna görə Danimarka regionda təhlükəsizliyi təmin etmək üçün 2 milyard dollar xərcləyəcək. Bölgəni izləmək üçün uzun məsafəli pilotsuz uçuş aparatlarından istifadə ediləcək. 

Danimarka və Qrenlandiya məsələ ilə bağlı ikinci razılaşmanın 2025-ci ilin birinci yarısında əldə edilməsi ilə bağlı razılığa gəliblər. 

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью