Danimarkadan Ukraynaya növbəti yardım

12.11.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Danimarka höküməti Ukraynaya yeni hərbi yardımın edilməsi barədə qərar qəbul edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfəki zərfin məbləği 643 milyon avrodur.

Bundan başqa Danimarka xarici işlər naziri Lars Lekke Rasmussen Ukraynanın energetika sahəsinin saxlanması üçün əlavə 20 milyon avro ayrıldığını da bildirib.

Qeyd edək ki, 2022-ci ilin fevralında genişmiqyaslı müharibə başlayandan bəri Danimarka Ukraynaya 32 rəsmi hərbi yardım paketi verib. Bu dəstəyin ümumi həcmi 10 milyard avrodan çoxdur.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью