Danimarkalı hücumçu Fransa klubuna keçdi RƏSMİ

12.01.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Danimarkanın gənc futbolçulardan ibarət millisinin hücumçusu Mika Bieret karyerasını Fransada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, skandinaviyalı forvard Avstriya "Şturm"undan "Monako"ya transfer olunub.

Məlumatı "Monako"nun mətbuat xidməti yayıb. 21 yaşlı futbolçunun müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atdığı açıqlanıb.

Qeyd edək ki, bu mövsüm "Şturm" forması ilə 16 oyuna çıxan Bieret 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью