Danimarkalı mütəxəssis London klubu ilə ortaq məxrəcə gəlib

16.11.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Kristal Pelas" danimarkalı mütəxəssis Tomas Frankı baş məşqçi vəzifəsinə təyin etmək barədə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykob məlumat yayıb.

Mənbə bildirir ki, tərəflər müqavilənin əsas şərtləri üzrə razılaşıblar. 53 yaşlı mütəxəssisin məşqçilər heyətinin formalaşdırılması ilə bağlı danışıqlar da yekun mərhələdədir. Tezliklə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Frankın məşqçi kimi debütünü noyabrın 21-də, Premyer Liqanın 11-ci turu çərçivəsində "Koventri"yə qarşı oyunda edəcəyi gözlənilir. Danimarkalı mütəxəssis son olaraq "Tottenhem"də çalışıb və 2026-cı ilin fevralında oradan ayrılıb. 2018-2025-ci illər aralığında "Brentford"a rəhbərlik edən Frank, komandanın Premyer Liqaya yüksəlməsinə nail olub.

Qeyd edək ki, "Kristak Pelas" noyabrın 12-də 2026-cı ilin yayından komandaya rəhbərlik edən Pyer Sajla yollarını ayırıb. London klubu keçirdiyi 10 oyunda 7 xal toplayıb və hazırda Premyer Liqada sonuncu – 20-ci – pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью