Danimarkalı mütəxəssis Premyer Liqa klubunun sükanı arxasına keçəcək

12.11.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Tomas Frankı "Kristak Pelas"ın baş məşqçisi ola bilər. O, bu postda Pyer Sajı əvəz etməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib. 

Danimarkalı mütəxəssis 2018-ci ildən 2025-ci ilə qədər "Brentford"a rəhbərlik edib. 2025/26 mövsümündə isə o, "Tottenhem"in "sükanı arxasında" olub. 

Pyer Saj bu ilin yayından etibarən "Kristal Pelas"da çalışır. Ötən mövsüm "Lans" Sarjın rəhbərliyi altında Fransa çempionatında ikinci yeri tutmağı bacarıb. 

Qeyd edək ki, "Kristal Pelas"ın fransız məşqçinin rəhbərliyi altında cari mövsümə uğursuz başlayıb. Premyer Liqada keçirilən on turdan sonra komanda cəmi yeddi xal toplaya bilib və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью