Danimarkalı ulduzdan acı xəbər: Vingeqor Tur de Frans a vida etdi

19.07.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

"Tur de Frans" yol velosipedi yarışının ikiqat qalibi, danimarkalı Yonas Vingeqor aldığı zədə səbəbindən yarışda mübarizəni dayandırıb.

Avtosfer.az xəbər verir ki, hadisə yarışın 15-ci mərhələsində baş verib.

Qeyd edək ki, Vingeqor 14-cü mərhələdən sonra ümumi sıralamada ikinci pillədə qərarlaşmışdı. 29 yaşlı Vingeqor 2022 və 2023-cü illərdə "Tur de Frans"ın ümumi təsnifatının qalibi olub. Danimarkalı idmançı, həmçinin 2025-ci ildə "İspaniya Vuelta"sının, 2026-cı ildə isə "İtaliya Cirosu"nun qalibi adını qazanıb.

Xatırladaq ki, 21 mərhələdən ibarət olan "Tur de Frans" iyulun 26-da başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью