Danimarkalılar Trampdan Qrenlandiyanın əvəzinə BURANI istədi

10.02.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Trampın Qrenlandiyanı almaq planına cavab olaraq danimarkalılar Kaliforniyanın Danimarka ərazisinə çevrilməsi üçün kampaniya başladıb.

Bakıvaxtı.az-ın Denmarkification-a istinadla xəbər verdiyi açıqlamada Trampın Kaliforniyanı sevmədiyi və onu "uyğun qiymətə" satmağa razı ola biləcəyi bildirilib.

Kampaniya Kaliforniyanın azad mühiti, texnologiya sahəsindəki üstünlüyü və "Disneyland" kimi cazibədar məkanları ilə seçildiyini vurğulayır.

Əgər satış gerçəkləşsə, "Disneyland"in adı Hans Xristian Andersenland olaraq dəyişdiriləcək və ömürlük pulsuz Danimarka şirniyyatları təqdim ediləcək. Kampaniya artıq 200 min imza toplayıb. 

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью