Danimarkanın baş naziri: Brüssel sammitində Qrenlandiya məsələsi müzakirə olunacaq

03.02.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Danimarka Avropa İttifaqı (Aİ) liderləri ilə Qrenlandiya məsələsinin bazar ertəsi keçiriləcək qeyri-rəsmi sammitin gündəliyinə daxil edilməsi barədə razılığa gəlib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen Brüsseldə keçirilən icma toplantısında bildirib.

"Bütün digər ölkələrlə razılaşdırılıb ki, bu gün Qrenlandiyanı da müzakirə edəcəyik. Avropada sərhədlərə hörmət etmək zərurətinə çox güclü və geniş dəstək var. Bu, əlbəttə ki, Danimarka Krallığının sərhədlərinə də aiddir", - deyə Baş nazir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью