Danimarkanın baş naziri: Qrenlandiya satılmır

08.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Danimarkanın Baş naziri Mette Frederiksen qlobal təhlükəsizlik vəziyyətinin qeyri-sabitliyi fonunda Avropanın yenidən silahlanmasına və NATO hərbi ittifaqının gücləndirilməsinə çağırıb.

Frederiksen Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü ərəfəsində jurnalistlərə bildirib ki, “Bizə daha güclü NATO lazımdır. Tarixin ən güclü ittifaqı var və biz onu belə saxlamalıyıq. Bugünkü çıxışımın əsas mesajı Avropanın yenidən silahlanmasının vacibliyidir”.

Danimarka hökumətinin başçısı dünyanın hər gün getdikcə daha təhlükəli bir yerə çevrildiyinə diqqət çəkib və Ukraynaya dəstəyin artırılmasına çağırıb: “Ukraynaya daha çox yardım göstərməli, Rusiyaya təzyiqi artırmalı və Ukraynanın bu müharibədə yeganə qalib olmasını təmin etməliyik”.

Baş nazir ABŞ-ın Qrenlandiyaya yanaşmasını tənqid edərək, ölkəsinin bu məsələdəki mövqeyinin son dərəcə aydın olduğunu xatırladıb: “Təəssüf ki, ABŞ Prezidentinin bu məsələ ilə bağlı mövqeyi olduqca şəffafdır, lakin bizim mövqeyimiz həmişə olduğu kimi aydındır. Əlbəttə ki, Qrenlandiya satılmır. Müttəfiqlərimiz də daxil olmaqla hər kəsdən Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququna hörmət etməsini gözləyirik. Biz suveren dövlətik və hər kəs ərazi bütövlüyümüzə və suverenliyimizə hörmət etməlidir”.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью