Danimarkanın baş naziri: “Trampa boyun əyməyəcəyik”

05.06.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Danimarkanın baş naziri Mette Frederiksen bir daha ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarını qəbuledilməz adlandırıb və Ağ Ev prezidentinə "boyun əyməyəcəyinə" söz verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "Reuters" agentliyi sitat gətirib.

"Qrenlandiya və Danimarka son aylarda ən yaxın müttəfiqimiz tərəfindən qəbuledilməz təzyiqlərə məruz qalıb. Amma biz təslim olmayacağıq. Biz danimarkalılar belə deyilik",- deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью