Danimarkanın kişi həndbolçuları Avropa çempionatının qalibi olublar

01.02.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 1 fevral, AZƏRTAC

Danimarkanın kişilərdən ibarət həndbol seçməsi Avropa çempionatının qalibi olub.

AZƏRTAC xəbər verir ki, danimarkalılar çempionatın finalında Almaniya yığmasına 34:27 hesabı ilə qalib gəliblər. Komanda bununla da üçüncü dəfə bu ada sahib olub.

Almaniyanın Kansleri Fridrix Merts və Danimarkanın Baş naziri Mette Frederiksen final görüşünü birlikdə izləyiblər.

Üçüncü yer uğrunda görüşdə isə Xorvatiya seçməsi İslandiyanı məğlub edib – 34:33.

Danimarka, Norveç və İsveçin birlikdə ev sahibliyi etdiyi çempionatda 24 komanda altı qrupda mübarizə aparıb.

Həndbol üzrə Avropa çempionatı iki ildən bir keçirilir. 2028-ci ildə keçiriləcək növbəti çempionata Portuqaliya, İspaniya və İsveçrə ev sahibliyi edəcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью