“Danışanda əzilmiş kimi sayılırıq” Azər Bağırov

08.12.2024

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XVI turunun “Kəpəz” – “Zirə” oyunundan (0:4) sonra qonaq komandanın meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyunun əvvəlində Ehtiram Şahverdiyevə qarşı kobulduq olan epizodun təkrarını izləmisiz?
– Əlbəttə baxmışıq. Rəqib Ehtiramı yüz faiz dartır, vurur. Hakimlər zəif komandalarda qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq.

– Luis Paçunun zədələnməsi oyununuza təsir etdi?
– Deməzdim. Orxan Əliyevin yüz faizli 3 epizodu oldu. O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir. Həmin epizodlarda konsentrasiya istənilən kimi deyildi.

– Komanda 9-cu pillədədir. Qışda nələri dəyişmək istəyirsiz?
– Yuxarı pillə ilə də çox böyük məsafəmiz yoxdur. Gücləndircəyimiz mövqelər olacaq. Hələ bu barədə danışmaq tezdir. Qarşıda 2 oyun var. Bu matçları xal baxımından yaxşı dəyərləndirmək lazımdır.

– Premyer Liqada qalmaq sizin üçün uğur sayılacaq?
– Klubun strategiyası Premyer Liqada qalmaqdır. Yuxarı qalxsaq, bizim uğurumuz olacaq. Çox işləmək, səhvləri minimuma endirmək lazımdır.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu Azər Bağırov qələbəni şərh etdi

4 Dekabr 2024, 18:43

Əsas xəbərlər, Ölkə futbolu Bağırov: “Uşaqlara demişdim ki, rəqibdən çəkinməyin”

30 Noyabr 2024, 16:46

Əsas xəbərlər, Ölkə futbolu Azər Bağırov: “Son vaxtlar emosional olmuşam”

22 Noyabr 2024, 19:54

Əsas xəbərlər, Premyer liqa “Qorxaq adamla yola çıxmaq olmaz” – Azər Bağırov

9 Noyabr 2024, 21:41

Əsas xəbərlər, Ölkə futbolu, Premyer liqa Azər Bağırov: “Daha danışmaq istəmirəm, hər şeyin vaxtı var”

25 Oktyabr 2024, 21:26

Əsas xəbərlər, Premyer liqa Azər Bağırov: “Futbolçular “Qarabağ”dan qorxmadılar”

18 Oktyabr 2024, 20:48

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью