Danışdıq ki, Azər getsin Türkiyəyə, qayıtsın davam edək”

06.01.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Son günlər dostlarına deyib ki, pisəm, yaxşı deyiləm. Təzyiqi çox yüksək olub. 230 təzyiqlə gəzirmiş”.

Modern.az xəbər verir ki, bu sözləri mərhum aktyor Azər Baxşəliyev haqqında danışan həmkarı Nicat Rəhimov “İncə səhər” verilişinə deyib.

N.Rəhimov bildirib ki, Azər dostları ilə görüşdən sonra ailəsinin yanına gəlib, başı gicəllənib, sonra komaya düşüb: “Dekabrda əməliyyat olunmalı idi. Problemlər yarandı. Son dəfə danışanda dedi ki, Türkiyəyə gedirəm. Yanvarın 15-i əməliyyat olunacaqdı. Əməliyyata hazırlaşırdı. Veriliş çəkəcəkdik, danışdıq ki, 2 efir çəkək, Azər getsin Türkiyəyə, tam sağalsın, qayıtsın davam edək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью