Danışıq olacaq, yoxsa olmayacaq?

23.04.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi və ABŞ səfiri Natali Beyker mövcud regional vəziyyəti və İslamabadda İran-ABŞ danışıqlarının ikinci mərhələsinin təşkili üçün diplomatik səyləri müzakirə ediblər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Pakistan Daxili İşlər Nazirliyi sosial media hesabında bildirib: 

“Nəqvi ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin uzadılması təşəbbüsünü tərifləyib və davamlı razılaşmaya nail olmaq üçün diplomatik kanalların saxlanılmasının vacibliyini vurğulayıb”.

Nazir, həmçinin "İrandan müsbət irəliləyiş" gözlədiyini bildirib və əlavə edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir bu məsələni həll etmək üçün bütün səviyyələrdə hər cür səy göstərirlər.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью