Danışıqlar ABŞ ilə mübarizə üsuludur Qalibaf

22.09.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

"Danışıqlar mübarizə meydanından çıxmaq demək deyil", - o qeyd edib.

Qalibafın sözlərinə görə, diplomatiya da müdafiə mədəniyyətindən irəli gəlir: "Diplomatiya təslim olmaq demək deyil, əksinə, meydandakı gücün siyasi nailiyyətə çevrilməsidir".

Xatırladaq ki, ABŞ-nin dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində bildirib ki, Vaşinqton BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə mümkün danışıqlara hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью