“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” Lavrov

13.09.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada müvəqqəti atəşkəs ehtimalını istisna edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Hindistanda keçirilən BRİKS sammitində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, hətta Rusiya və Ukrayna prezidentləri arasında birbaşa danışıqlar aparılsa belə Ukraynada döyüşlər dayanmayacaq.
“Biz artıq bu təcrübəni qazanmışıq və nəticələr çıxarmışıq”, -  Rusiya XİN rəhbəri bildirib.
Jurnalist həmçinin Lavrovdan Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabr ayında ABŞ-də keçirilməsi planlaşdırılan G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə üz-üzə görüşmək təklifi barədə soruşub.
Lavrov bu təklifi eşitmədiyini bildirib.
O, Zelenskiyə dəvətnamə göndərildiyini və istəsə Rusiyaya gələ biləcəyini bildirib.
Qeyd edək ki, Zelenski Putinə Moskva və Kiyev istisna olmaqla, dünyanın istənilən yerində üzbəüz görüş təklif edib. Kreml bu təklifləri rədd edərək Zelenskinin danışıqlar üçün Moskvaya gələ biləcəyini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью