Danışıqlar aparırıq ki, tarifləri aşağı salsınlar Taleh Kazımov

29.10.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"Həm "Mastercard", həm də "Visa" təşkilatları ilə danışırıq ki, ölkə üzrə tarifləri aşağı salsınlar. Düşünürəm ki, bu ilin sonuna qədər müəyyən irəliləyişə nail olunacaq. Çünki son illərdə bu təşkilatlar, xüsusilə "Mastercard" və "Visa" qiymətləri kəskin artırıblar. Bu da bankların məhsul və xidmətlərinin xərclərinə ciddi təsir göstərib. Xərclərin artmasının əsas səbəbi məhz bu iki təşkilatın tarifləri yüksəltməsidir. Banklar da buna görə öz qiymətlərini artırmağa məcbur olublar. Hazırda həmin təşkilatlarla danışıqlar aparırıq ki, tarifləri aşağı salsınlar", - o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью