“Danışıqlar çox mürəkkəbdir”

27.01.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiyev Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətində keyfiyyət dəyişikliyini qeyd edib.

Redaktor.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiha bunu "European Pravda" qəzetinə verdiyi müsahibədə bildirib.

"Danışıqlar çox mürəkkəbdir. Lakin Rusiya nümayəndə heyətinin tərkibində keyfiyyət dəyişikliyini qeyd edə bilərik", - deyə o qeyd edib.

Diplomat əlavə edib ki, qruplar arasında müzakirələr çox məqsədyönlü olub. Bundan əlavə, hərbi blokun nümayəndələri arasında danışıqlar ayrıca bir istiqamət olub. Xüsusilə, Sibiha atəşkəs və ya barışıq parametrləri və barışığın monitorinqi və ya təsdiqlənməsi proseduru ilə bağlı dialoqu qeyd edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью