Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Diplomatiyanın davam etməsi və Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün çalışmağımız bütün dünya üçün önəmlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında paylaşıb.
Hazırda Ukrayna nümayəndə heyətinin danışıqlar üçün ABŞ-da olduğunu bildirən Zelenski qeyd edib ki, müzakirələr davam etdiriləcək.
“Heç kim bu müharibəni istəmir. Komandamız danışıqları sabah da davam etdirəcək. Əsas məsələ Rusiyanın müharibəni həqiqətən sona çatdırmağa nə qədər hazır olduğunu, bunu dürüst və ləyaqətli şəkildə edib-etməyəcəyini anlamaqdır. Ələlxüsus bu gün, İran ətrafında yaranan gərginliyin geopolitik vəziyyəti mürəkkəbləşdirdiyi bir vaxtda. Komandamızdan daha geniş məlumatlar gələcək”, – o bildirib.
Qeyd edək ki, ABŞ tərəfindən danışıqlarda Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner iştirak edir.
Aysel Əliyeva
Globalinfo.az