Danışıqlar fayda vermədi: 9 ildən sonra yenidən hərbi əməliyyatlar BAŞLAYIR KONKRET | Icma…
Konkret.az saytına istinadən Icma.az xəbər verir. Türkiyə ordusu Suriyanın şimalında, xüsusən də PKK və YPG terror təşkilatlarına qarşı sərh
Bu barədə TRT kanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri bu bölgədə son günlərdə artan təhlükəsizlik təhdidlərinə cavab olaraq “lazım gələrsə” dərhal hərəkətə keçəcək.
Türkiyə hökuməti sərhədlərinin təhlükəsizliyini təmin etmək və terrorçuların fəaliyyətini dayandırmaq üçün bu əməliyyatları beynəlxalq hüquq çərçivəsində və özünümüdafiə hüququna əsasən həyata keçirməkdə qərarlıdır.
Sərhədyanı ərazilərdə baş verən hücumlar və terror aktları həm mülki əhaliyə, həm də Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid olaraq görülür.
Hərbi əməliyyatın başlama tarixi ilə bağlı rəsmi açıqlama verilməsə də, bölgədə gərginliyin artdığı müşahidə edilir.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Oqtay Qasımov Ajans.az-a açıqlamasında bildirib ki, sərhədyanı ərazilərdə baş verən hücumlar və terror aktları həm mülki əhaliyə, həm də Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid olaraq görülür: “Təbii ki, Türkiyə ona qarşı təhdid yaradan terror qruplaşmaları ilə mübarizəni həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirir.
Türkiyə zaman-zaman həm İraqın, həm də Suriyanın şimalında belə əməliyyatlar keçirib.
Tam oxu
Xəbəri oxu