Danışıqlar heç vaxt nəticə verməyəcək

28.07.2026

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

İran ABŞ ilə aparılan danışıqlar heç vaxt müsbət nəticə verməyəcək, çünki tərəflərin şərtləri buna imkan vermir.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.

O, qeyd edib ki, İran Vaşinqtonun təkliflərini rədd edib: "İran mətbuatının yazdığına görə xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi deyib ki, ABŞ ölkəsindən çox şey tələb edir:

"Qəribabadi İran nümayəndə heyətinin danışıqları davam etdirməkdə israr etmədiyini vurğulayıb və bu yanaşmanı "İran İslam Respublikasının şərəfli diplomatiyası" adlandırıb.
Fikir verirsizsə, ABŞ hər vəchlə şərtlərini İrana qəbul etdirmək istəyir, əsas məsələ də nüvə başlıqları, uranın zənginləşdirilməsinin qarşısını almaq, Hörmüz boğazına nəzarətə sahiblənməkdir İran isə rəsmi Vaşinqtonun bu tələblərini heç vaxt yerinə yetirməyəcəyindən, danışıqlar baş tutmayacaq, çox güman ki, bir müddətdən sonra raket zərbələri yenidən davam edıcık".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью