Danışıqlar nefti ucuzlaşdırır Eniş nə qədər davam edəcək?

02.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İran və Qətər rəsmilərinin İranla ABŞ və İsrail arasında müharibəyə son qoymaq üçün ardıcıl üçüncü gündür davam edən danışıqları neftin qiymətini endirib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu gün neftin qiyməti 3%-dən çox düşüb.

Brent markalı xam neftin fyuçersləri 3,43 dollar və ya 3% düşərək bir barel üçün 110 dollar qiymətində qərarlaşıb. ABŞ-nin Qərbi Texas nefti 3,50 dollar və ya 3,4% düşərək barel üçün 100,62 dollar olub.

İranın xarici işlər naziri Abbas Əraqçi dünən "davam edən və irəliləyən" danışıqların məqsədinin Qətər vasitəçiləri ilə məsləhətləşmələri davam etdirmək olduğunu bildirib və əlavə edib ki, Tehran "həm müdafiə, həm də diplomatiyaya" hazırdır.

Danışıqlar Hörmüz boğazından keçən neft tankerlərinə hücumlar fonunda reallaşır. Bu hücumlar qlobal enerji qiymətlərini və nəqliyyat xərclərini artırır.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı oktyabr ayında Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançılarının enerji infrastrukturuna hücumlarına baxmayaraq, sentyabr ayı ilə müqayisədə neft ixracını artırıb.

Bununla yanaşı, dünya bazarı artıq ilin sonuna qədər Yaxın Şərqdə gərginliyin daha da artması riskini nəzərə alır. Analitiklər bazarda qiymət artımının yuxarı həddi barel üçün 120 dollar olacağını bildirirlər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью