Danışıqlar planı dəyişdi Vens İsveçrəyə getmir

19.06.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağ Ev ABŞ və İran arasında planlaşdırılan texniki danışıqlara hazırlıqların davam etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla rəğmən, Vitse-prezident Ceyms Devid Vensin İsveçrəyə nəzərdə tutulan səfəri hələlik təxirə salınıb.

Ağ Evdən ildirilib ki, vitse-prezidentin gün ərzində keçirdiyi mətbuat konfransında da vurğuladığı kimi, qarşıdan gələn texniki danışıqların planı hələ tam yekunlaşdırılmayıb.

Qeyd olunub ki, ABŞ nümayəndə heyəti ilk fürsətdə yola düşməyə hazırdır, lakin danışıqların logistikası mürəkkəb olaraq qalır.

“Bu danışıqların logistikası heç vaxt sadə və ya tam proqnozlaşdırıla bilən olmayıb”, - məlumatda deyilir.

Açıqlamaya görə, Vens bu gecə İsveçrəyə yollanmayacaq və səfəri hələlik təxirə salınıb: “Növbəti addımlarla bağlı dəqiq məlumat əldə olunan kimi ictimaiyyət məlumatlandırılacaq. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Vens daha əvvəl Ağ Evdə keçirdiyi mətbuat konfransında texniki danışıqların bu həftəsonu başlamasının gözlənildiyini bildirmişdi. O, İsveçrəyə səfər etməyi planlaşdırdığını, lakin səfərin vaxtının İran nümayəndə heyətinin hərəkət qrafikindən asılı olaraq dəyişə biləcəyini qeyd etmişdi.

Əlavə edək ki, ABŞ və İran arasında əldə olunan razılaşmaya əsasən, texniki danışıqlarda nüvə proqramının gələcəyi, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və beynəlxalq yoxlama mexanizmlərinin tətbiqi kimi məsələlərin müzakirə olunması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью