Danışıqlar təxirə düşdü

15.05.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Uranın zənginləşdirilməsi ilə bağlı müzakirələrdə İran və ABŞ virtual olaraq çıxılmaz vəziyyətə düşüblər və amerikalılarla bu mövzuda danışıqlar təxirə salınıb”. 

“Cebheinfo.az”-ın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi belə deyib. 

“Zənginləşdirilmiş uranın mövzusu çox mürəkkəbdir. İndi amerikalılarla belə bir nəticəyə gəlmişik ki, bu məsələ olduqca çətindir və praktik olaraq çıxılmaz vəziyyətə düşmüşük. Ona görə də danışıqların sonrakı mərhələlərinə qədər təxirə salınmalıdır”,-deyə Əraqçi bildirib.

İran nazirinin sözlərinə görə, ABŞ ilə danışıqlarda Tehran etimadsızlıq göstərir. “Digər bir problem Amerika tərəfinin əsl niyyətləri ilə bağlı bizə şübhə yaradan ziddiyyətli siqnalların olmasıdır. Biz onların yanaşmasının ciddiliyinə şübhə edirik.

Onların ciddi və ədalətli və balanslı bir razılaşmaya hazır olduqlarını hiss edən kimi, əlbəttə ki, danışıqlar prosesini davam etdirəcəyik”,-deyə İran XİN rəhbəri qeyd edib. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью