Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Dövlət katibi Marko Rubio İstanbula səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Agence France-Presse” (AFP) agentliyi yayıb.
Rubionun İstanbulda danışıqlarda iştirak edəcəyi gözlənilir.
O, dünən Antalyada NATO ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə iştirak edib.
Xatırladaq ki, bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçiriləcək.