Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Ukrayna, Rusiya və ABŞ arasında müharibəyə son qoymaq üçün üçtərəfli danışıqların növbəti mərhələsi fevralın 1-də Əbu-Dabidə davam edəcək.
“Cebheinfo.az” xəbər verir ki, növbəti mərhələnin gələn bazar günü Əbu-Dabidə yenidən başlaması barədə razılığa gəlinib. Rəsmilər əlavə danışıqların aparılması qərarını "yaxşı əlamət" adlandırıblar.
ABŞ rəsmisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında iki günlük danışıqlar zamanı "çox iş" görüldüyünü qeyd edib.
Digər bir ABŞ rəsmisi müzakirələrin "böyük bir addım" olduğunu və görüşlərin "ilk növbədə, bu günə qədər əhəmiyyətli irəliləyiş əldə edildiyinin təsdiqi" olduğunu bildirib.
Bu həftə müharibə edən tərəflər ABŞ Prezidenti Donald Trampın təxminən dörd illik müharibəyə son qoymaq planını müzakirə etmək üçün ilk dəfə üz-üzə görüşdülər. Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və ABŞ elçisi Stiv Vitkoff daha sonra Kremldə Prezident Vladimir Putinlə danışıqlar aparıb.
ABŞ rəsmisi bildirib ki, Trampın kürəkəni Cared Kuşner səfərdə Uitkoffla birgə olub və Moskvada Rusiya Prezidenti Vladimir Putinlə dörd saatlıq görüş keçirib.
"Onlar dörd saat danışıblar və yenə də çox-çox məhsuldar müzakirə aparıblar. Açıq qalan son məsələləri müzakirə etdilər", - deyə bildirilib.
Zelenskinin sözlərinə görə, müzakirələrdə müharibənin sona çatması üçün mümkün parametrlər müzakirə olunub.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin