“Danışıqlar uğursuz olarsa, İsrail İrana hücum etməyə hazırdır”

12.06.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İyunun 15-də keçirilməsi planlaşdırılan Tehran-Vaşinqton danışıqları uğursuz olarsa, Təl-Əviv İrana hərbi zərbə endirməyə hazırdır”.

Missiya.Az xəbər verir ki, bunu adı açıqlanmayan İsrail rəsmisi deyib.

“Hazırlıqlar gedir və Amerikaya önəmli səfirlik əməkdaşları və onların ailələrini bölgədən təxliyə etmək üçün təxminən üç gün lazım olacaq. Bu proses çərşənbə günü başlayıb və danışıqların cədvəli ilə uyğun olaraq bazar gününə qədər yekunlaşacaq”, - deyə İsrail rəsmisi bildirib. 

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью