Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib.
Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşılayıblar.
Prezidentin indiki məqamda Türkiyəyə səfəri diqqət çəkir. Səfəri zəruri edən bəlli məsələlər olduğu kimi, perspektivdə müzakirə ediləcək möv
Səfərin əsas məqsədi, şübhəsiz, İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışıdır.
Bu qaz kəməri həm Bakı, həm də Ankara üçün mühüm əhəmiyyət daşıyır.
Xüsusən Naxçıvanın enerji təhlükəsizliyi baxımdan Azərbaycan üçün strateji önəmə sahibdir.
Məlum olduğu kimi, Naxçıvana qaz İran üzərindən ötürülür. Lakin son illərdə Tehran-Bakı münasibətlərində gərginlik, etimad mühitinin zədələn