Missiya.az saytına istinadən Icma.az xəbər verir.
"Ukrayna ilə danışıqların dalana dirənməsi Rusiyanın yox, Kiyev administrasiyası və Avropa ölkələrinin müharibəni davam etdirmək yönündəki təxribatlarından qaynaqlanır".
Missiya.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya siyasi-diplomatik yolla həllə açıqdır, amma hazır vəziyyətdə fasiləyə alternativ görünmür. ABŞ-nin sülh təşəbbüslərinə görə minnətdarlığını bildirən Peskov, Trampın Putini tənqid etməsinə münasibət bildirmək istəmədiyini deyib.
Peskov həmçinin qeyd edib ki, BRİKS ölkələri heç bir zaman üçüncü tərəf ölkələrə və ya valyutalarına qarşı plan hazırlamayıblar.
Seyranə Quliyeva
Missiya.Az