Danışıqların ilk günü başa çatdı, sabah davam etdirəcəklər − Yenilənib

23.01.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən danışıqların ilk günü başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü “NBC News”a bildirib.
Onun sözlərinə görə, görüş məhsuldar keçib.
Kanalın mənbəyi əlavə edib ki, danışıqlar 24 yanvarda davam edəcək.
Rusiyanın dövlət xəbər agentliyi TASS xəbər verir ki, tərəflər danışıqları ertəsi gün bərpa etmək barədə razılığa gəliblər. Agentliyin mənbəsinin sözlərinə görə, “heç kim qapını çırpmır”.
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar müharibə başlayandan bəri ilk dəfə rəsmi olaraq keçirilir.
TASS mənbəsinin məlumatına görə, nümayəndə heyətlərinin Əbu-Dabidəki ilk görüşü maksimum qapalı formatda keçirilib. Mənbənin məlumatına görə, tərəflər, digər məsələlərlə yanaşı, bufer zonaları və nəzarət mexanizmlərini müzakirə ediblər. Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələsinin danışıqların əsas mövzusu olacağını bildirib.
***20:03
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin rəhbəri Abdullah bin Zayed Əl Nəhyan məlumat yayıb. 
“Danışıqlar bu gün Əbu-Dabidə başlayıb və dialoqun gücləndirilməsi və böhrana siyasi həll yollarının tapılması səylərinin bir hissəsi olaraq iki gün davam etməsi planlaşdırılır”, - açıqlamada bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью