Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ ilə aparılan danışıqların nəticəsinin bir sıra amillərdən asılı olduğunu bildirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
O, Çinə səfərinin yekunlarına dair açıqlamasında qeyd edib ki, praktiki nəticələr, o cümlədən ABŞ ilə danışıqların uğuru, əsasən danışıqlardan sonra “sükutun” qorunub-qorunmamasından asılıdır. Nazir vurğulayıb ki, çox vaxt əldə olunan nəticələr məhz bu amillə müəyyən olunur.
Lavrov əlavə edib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin inkişafı ilə bağlı bəyanatlar verməkdən daha çox konkret problemlərin həlli vacibdir. Onun sözlərinə görə, Moskvanın ABŞ-ın real məqsədləri ilə bağlı heç bir illüziyası yoxdur və Vaşinqtonun milli maraqlarını əsas götürdüyünü açıq şəkildə bəyan etməsi də bunu təsdiqləyir.
Nazir həmçinin bildirib ki, Rusiya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Vaşinqtonla danışıqlara hazır olaraq qalır.
NURİYYƏ