Danışıqların sirri açıldı: “Ukraynaya NATO üzvlüyü vəd edilir”

14.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ ilk dəfə olaraq Ukrayna qoşunlarının Donbasdan çıxarılması müqabilində Ukraynanın NATO-ya üzvlüyü ehtimalını qaldırıb.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Kiyev tərəfdaşları ilə təhlükəsizlik və yenidənqurma zəmanətlərinin hərtərəfli paketini müzakirə edir. Lakin hələlik konkret təklif irəli sürülməyib.

“Mən dəfələrlə demişəm: Ukrayna geri çəkilmir və torpaqlarını terrorçulara təslim etmir. Amerikalılar sual verdilər: “Əgər Ukrayna NATO-ya qoşularsa, Ukrayna Donbasdan çıxacaqmı?” Bu, ilk dəfə idi”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyev tərəfdaşları ilə NATO və Avropa İttifaqından xüsusi təhlükəsizlik zəmanətləri, müəyyən sayda əsgər və silah da daxil olmaqla, Ukrayna ordusuna dəstək, eləcə də müəyyən müddət üçün gücl maliyyə yardımı daxil ola biləcək vahid paketi müzakirə edir.

Bundan başqa, paketə aydın şəkildə müəyyən edilmiş mənbələrdən maliyyələşdirilən Ukraynanın bərpa planı (Çiçəklənmə Planı) daxil edilməlidir.  Zelenski qeyd edib ki, ABŞ və digər NATO tərəfdaşları belə bir təklifi təsdiqləsələr, onu Ukraynada ictimai müzakirəyə təqdim edəcək. Lakin o, bu cür qərarları birtərəfli şəkildə verə bilməyəcəyini vurğulayıb.

“Əgər belə bir təklif irəli sürülərsə, mən bir Prezident kimi cəmiyyətlə açıq dialoqa girəcəm və deyəcəm ki, baxın, biz belə mövqedəyik, bütün tərəfdaşlar hadisələrin inkişafını bu cür görürlər. Əlbəttə ki, işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınması olmadan”.

Zelenski NATO üzvlüyünü ittifaq ölkələri arasında kollektiv məsuliyyət prinsipinə görə təhlükəsizliyin vacib təminatı adlandırıb:

“Ukrayna əvvəllər Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsaslanan zəmanətlər tələb edirdi İndi Amerika tərəfi 4 və 5-ci maddələrin müddəalarına bənzəyəcək zəmanətləri müzakirə edir”.

“Amerika tərəfinə sualım: Əgər bizə NATO-ya bənzər bir şey təqdim etsəniz, torpaqlarımızda Amerika əsgərləri olacaqmı?' Onların cavabı: “Xeyr”dir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ nəzərdən keçirilən zəmanətləri ikitərəfli adlandırır,  İsrail və bəzi Yaxın Şərq ölkələri ilə təhlükəsizlik müqavilələrini buna nümunə kimi göstərir. Zelenski izah edib ki, Amerika qoşunları, hava qüvvələri, donanma və hərbi bazalar bir sıra ərəb dövlətlərində mövcuddur.

İranın hücumları zamanı bu obyektlər “Patriot” raket sistemləri də daxil olmaqla hava hücumundan müdafiə sistemləri ilə qorunurdu.

Ukrayna Prezidentinin sözlərinə görə, bu model müəyyən təhlükəsizlik zəmanətlərinin necə işləyə biləcəyinə nümunə ola bilər. Zelenski Ukrayna üçün gələcək zəmanətlərin məzmununu və onların praktiki tətbiqi mexanizmlərini dəqiq müəyyənləşdirməyin vacib olduğunu qeyd edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Ukrayna NATO

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью