Danışıqların sirri açılır: ABŞ İrana hansı mesajarı çatdırıb?

12.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Oman hakimiyyəti danışıqların birinci mərhələsinin başa çatmasından sonra ABŞ-dən İran tərəfinə bir neçə mesaj çatdırıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib. 

Oman və Qətərə səfərlərindən sonra İran dövlət televiziyasında çıxış edən kati "Amerikalılara heç bir məktub göndərmədik, amma Omandakı dostlarımız ABŞ-dən bəzi mesajlar çatdırdılar və biz onları Tehranda nəzərdən keçirəcəyik", - deyə bildirib.

Fevralın 6-da Omanda İran və ABŞ arasında nüvə böhranının həlli ilə bağlı danışıqların yeni mərhələsi baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edib. 

Xatırladaq ki, Ağ Ev əvvəllər İslam Respublikasına qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq etmişdi.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью