Danışıqların yeni raundunu gözləyirik Fidan

03.06.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçirilən görüşdəki müəyyən irəliləyişdən sonra danışıqların yeni raundunu gözləyir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber" telekanalının efirində deyib.

"Məncə, iyunun 2-də keçirilən görüşdə danışıqların əvvəlki raundunda qəbul edilmiş qərarların icrası baxımından irəliləyiş əldə olunub. Ona görə də növbəti görüşün baş tutacağını gözləyirik", - Fidan bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью