Danışıqlarla alınmır... ŞƏRH

20.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Ukrayna münaqişəsi ilə bağlı keçirilən görüşlərin hələ ki, bir faydası olmayıb. Rusiya tərəfi də bilir ki, Ukrayna Donbasdan çıxmayacaq, Ukrayna da bilir ki, Rusiyanın məqsədi zamanı uzatmaqdır. Bunu hər bir tərəf yaxşı başa düşür. Belə olan halda bizim burada perspektiv gözləməyimiz bir az real görünmür".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Cenevrədə iki gün ardıcıl olaraq keçirilən ABŞ-Rusiya-Ukrayna heyətlərinin görüşlərindən danışarkən bildirdi.

Onun sözlərinə görə, hələ ki, bu cür danışıqlar getsə belə, nəticə əldə etməyə tələsmək çox da inandırıcı görünmür:

"Çünki müharibə davam edir. Ukrayna açıq şəkildə bildirir ki, buralar mənim suveren ərazimdir. Rusiya isə işğal etdiyi ərazilərdən, hələ üstəlik Donbasın qalan hissəsindən də istəyir ki, Ukraynanı çıxarsın. Yəni faktiki olaraq hər iki tərəf bir-birinə etməyəcəyi məsələləri təlqin eləməyə çalışır. Bu, böyük ehtimalla ancaq silah yolu ilə həll olunacaq məsələlərdir. Görünür ki, danışıqlarla alınmır. Silah da budur ki, tərəflərdən biri tam üstünlük əldə edərsə, o zaman münaqişə bitə bilər. Əks təqdirdə, bu cür danışıqlar heç bir formada nəticə verməyəcək və davam edəcək vəziyyətlə rastlaşmaq daha real görünə bilər".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью