Danışıram ulduzlara, bir səs vermirlər... Yapon şairdən haykular

19.09.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün tanınmış yapon şair, tənqidçi Şiki Masaokanın anım günüdür.

Kulis.az onun haykularını təqdim edir.

On bahar keçdi

Danışıram ulduzlara

Bir səs vermirlər...

***

Təpədə gilas ağacları açıb

Bir zəng səsi

Kilsədən gəldi.

***

Ah, gilas çiçəkləri

Kaş sizin kimi

Düşə biləydim.

***

Çiçəklərin qoxusu

Qulağımın məməsi

Səni yaxşı xatırlayır...

***

Qatarım

Kanola tarlalarından keçir

Kölgəsi arxasınca...

***

Qucaq dolu çiçəklər

Dalğaların üzərində

Bir qu quşu üzür.

***

Bahar soyuq

Təcili yardım maşınının işıqları

Al-al yanıb sönür...

Türk dilindən sətri tərcümə: Aydan Ağayeva

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında ADMİU-nun tələbələrini təhqir edən şəxslərə xəbərdarlıq edildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью