Danjuma La Liqada klubunu dəyişdi

02.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Vilyarreal”dan Arno Danjumanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Danjuma son olaraq “Vilyarreal”a məxsus olub. O, ötən mövsümü icarə əsasında “Jirona”da keçirib. Niderlandlı futbolçu bu klubda 37 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью