Danq qızdırması can almağa davam edir: 117 nəfər öldü

07.09.2026

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Banqladeşdə ağcaqanadlar vasitəsilə yayılan danq qızdırması can almaqda davam edir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsinin məlumatına görə, 2026-cı ilin əvvəlindən indiyədək dang qızdırmasına 42 590 nəfər yoluxub, xəstəlik səbəbilə 117 nəfər həyatını itirib.

Son 24 saat ərzində isə xəstəlikdən 4 nəfər ölüb, daha 1 558 nəfər xəstəxanaya yerləşdirilib. Bu, cari il ərzində bir gün ərzində qeydə alınan ən yüksək xəstəxanaya yerləşdirilmə göstəricisidir.

Hazırda ölkənin müxtəlif xəstəxanalarında 2 995 danq xəstəsinin müalicə aldığı bildirilir.

Mütəxəssislər xəstəliyin yayılmasının sentyabr ayında daha da sürətlənə biləcəyindən narahatdırlar danq qızdırması əsasən Aedes ağcaqanadlarının dişləməsi ilə yayılır və ağır hallarda həyati təhlükəli fəsadlara səbəb ola bilər.

Qeyd edək ki, Banqladeşdə ötən il dang qızdırmasından 413, 2024-cü ildə isə 575 nəfər həyatını itirib.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью