Danyel Devis: ABŞ qoşunları Suriyadan çıxarılmalıdır

09.12.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Danyel Devis ABŞ-nin Suriyadakı 900 əsgərini və texnikasını dərhal çıxarmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Devis öz sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ-nin Suriyada saxladığı hərbi qüvvələr ölkəyə heç bir fayda gətirmir və Yaxın Şərqdə ABŞ-nin təhlükəsizliyini yalnız qoşunların geri çəkilməsi təmin edə bilər.

Qeyd edək ki, Suriyada son vaxtlar müxalif qruplaşmalar hökumət qüvvələrinə qarşı irimiqyaslı hücumlar həyata keçirib. Noyabrın 28-də müxaliflər Hələb şəhərini ələ keçirib, daha sonra isə Homs və Hama şəhərlərində mövqelər tutaraq Dəməşqə yaxınlaşıblar. Dekabrın 8-nə keçən gecə müxalif qüvvələr Dəməşqi tamamilə nəzarətə götürüblər.
Nuriyyə Musayeva
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью