Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az Demokrat.az-a istinadən xəbər verir ki, Konnektikut ştatının İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamentinin topladığı nümunələr laboratoriyada yoxlanıldıqdan sonra Wise Wife markalı üyüdülmüş darçında yüksək qurğuşun səviyyəsi müəyyən edilib.
Bundan sonra məhsulun distribütoru SLR Food Distribution şirkəti darçını ABŞ-nin 14 ştatında satışdan geri çağırıb.
Geri çağırılan məhsul 3,88 unsiyalıq, şəffaf plastik qablaşdırmada satılır. Son istifadə tarixi 25 aprel 2027-ci ildir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qurğuşuna uzunmüddətli məruz qalma ciddi sağlamlıq problemlərinə, xüsusilə uşaqlarda fəsadlara səbəb ola bilər.
İndiyədək həmin məhsulla əlaqəli xəstəlik qeydə alınmayıb. İstehlakçılara darçından istifadə etməmək, onu atmaq və ya aldıqları mağazaya qaytarmaq tövsiyə olunub.