Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı FOTO

12.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Dardanel boğazında (Çanaqqala boğazı) gəmilərin hər iki istiqamətdə hərəkəti dayandırılıb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat verib.

Qərara səbəb kimi əlverişsiz hava şəraiti ilə əlaqədar yaranan məhdud görüntü göstərilib.

"Duman səbəbindən məhdud görüntü şəraiti ilə əlaqədar olaraq, Dardanel boğazında gəmiçilik hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə və Bosfor vasitəsilə Qara dənizlə birləşdirir.

(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью